Ölənlərin arasında uşaqların da olduğu bildirilir
Ermənistanın Araqatsotn rayonunda (əvvəlki tarixi Şorəyel Mahal - red) rayonunda ağır yol qəzası olub.
Bu barədə AYNA-ya yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, Gürcüstan dövlət nömrə nişanlı "Mercedes Vito" markalı mikroavtobusun "Opel Astra" markalı minik maşını ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. Onlar arasında uşaqlar da var.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə səbəbi açıqlanmır. Faktla bağlı araşdırma aparılır.