Ermənistanda 38 yaşlı hərbçi güllələnib

Dünya

01.01.2020 - 19:52

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı tibb mərkəzinə çatdırılıb və ona yardım göstərilib

 

Ermənistanın Müdafiə Nazirliyinin hərbçisi güllələnib.

 

Bu barədə AYNA Ermənistan mətbuatına istinadən xəbər verir.

 

Məlumata görə, hadisə Qeqarkunik vilayətində baş verib. Tavuş vilayətinin, Aşağı Karmiraqbyur kəndinin 38 yaşlı sakini Kartuş Ohanyan "Mercedes" markalı avtomobildə Berd rayonunun 38 yaşlı sakini Narek Məlikyan tərəfindən "İJ" markalı tüfəngdən açılan atəş nəticəsində güllə xəsarəti alıb. Yaralı tibb mərkəzinə çatdırılıb və ona yardım göstərilib.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Məlumata görə, Kartuş Ohanyan Ermənistan Müdаfiə Nаzirliyində müqavilə ilə hərbi xidmət keçir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş