Ermənistan ordusunun Baş Qərargahından yeni bəyanat

Dünya

25.02.2021 - 16:11

“Bəyanatın yönləndirilmə ilə, təzyiqi altında yayıldığı fikri səhvdir”

 

Ermənistan ordusunun Baş Qərargahı yeni bəyanat yayıb. AYNA erməni mediasına istinadən bildirir ki, ikinci bəyanatda deyilir ki, Baş Qərargahın rəhbər heyətinin bu gün səhər yaydığı bəyanat kiminsə yönləndirilməsi ilə verilməyib.

 

Sənəddə deyilir: “Bəyanatın yönləndirilmə ilə, təzyiqi altında yayıldığı fikri səhvdir. Bu bəyanat, yeganə məqsədi böhranlı anda “Vətənin xilası” işinə xidmət etmək olan general və zabitlərin inamıdır. Biz bu aydın mövqeyimizi bir daha təsdiqləyirik”.

 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. Paşinyan bəyanatın yönləndirmə ilə edildiyini qeyd edib.

 

 

Müəllif: Ayna.az