Ermənistan Baş nazirindən Konstitusiya dəyişikliyi təşəbbüsü

Dünya

01.03.2021 - 22:42

Paşinyan yarı prezident idarəetmə sisteminə keçid təşəbbüsü irəli sürəcək

 

Ermənistan bu ilin payızında yarı prezident idarəetmə sisteminə keçə bilər. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün İrəvanda Respublika meydanında keçirdiyi mitinqdə bildirib.

 

Paşinyan bəyan edib ki, oktyabr ayında ölkənin yarı prezident idarəetmə üsuluna keçidi üçün Konstitusiyaya dəyişiklik edilməsi təşəbbüsü irəli sürəcək.

 

Bununla yanaşı, o deyib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə də hazırdır.

Müəllif: Ayna.az