Ermənilərdən etiraz: “Uşaqlarımızı Qarabağa göndərməyin!”

Dünya

08.01.2021 - 13:08

Hərbçi valideynləri bildirirlər ki, övladları Qarabağda xidmət etmək istəmirlər

 

İrəvanda Ali Hərbi Məktəbin qarşısında hərbçilərin valideynləri etiraz aksiyası keçiriblər. AYNA erməni mediasına istinadən bildirir ki, valideynlər övladlarının Qarabağa göndərilməsini istəmədiklərini bildirirlər.

 

Söhbət məzuniyyətə gedən və hərbi vəzifələrinə qayıtmalı olan hərbçilərdən gedir. Valideynlər bildirirlər ki, uşaqlarının istəklərinə uyğun olmayaraq onları zorla Qarabağa göndərmək istəyənlər var.

 

“Uşaqlarımızın Qarabağa getməsini istəmirik, çünki ora təhlükəlidir. Azərbaycanın olan ərazilərə işaqlarımızı niyə göndərirlər? Müdafiə Nazirliyindən övladlarımızın Ermənistan ərazisində xidmət edəcəklərinə dair zəmanət istəyirik”, - deyə valideynlərdən biri vurğulayıb.

 

Valideynlərdən başqa biri isə bildirib ki, uşaqları Qarabağa getməkdən imtina etdikləri təqdirdə, onlar məhkəmə ilə təhdid edilirlər.

 

Etirazçılar məsələnin aydınlaşdırılması üçün Müdafiə Nazirliyinin nümayəndəsi ilə görüş tələb ediblər.

Müəllif: Ayna.az