Türkiyə mediası Ərdoğanın Putinlə avqustun sonu və ya sentyabrda görüşəcəyini yazıb
Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş avqustun sonu və ya sentyabrın əvvəlində baş tuta bilər. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Türkiyə Prezidenti Putinin ölkəyə gəlişini gözləyir, lakin Rusiya lideri Türkiyəyə səfər edə bilməsə, o zaman Rusiyaya səfər istisna edilmir. Kanalın iddiasına görə, görüşün dəqiq tarixi açıqlanmır, lakin güman ki, avqustun sonu və ya sentyabrın əvvəlində olacaq.
Bundan əvvəl Ərdoğan “Taxıl sazişi”nin bərpasına nail olmaq niyyətində olduğunu deyib. Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində əsas ölkə rolunu öz üzərinə götürüb.