Ərdoğanla Putin Dağlıq Qarabağı müzakirə ediblər

Dünya

14.10.2020 - 21:44

Türkiyə Prezidenti Rusiya Prezidentinə zəng edib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

Qeyd edilir ki, tərəflər Dağlıq Qarabağda siyasi prosesin fəallaşmasını müzakirə ediblər.

 

Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.

 

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş