Ərdoğanla Merkel Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.
Məlumata görə, tərəflər regional məsələləri, ilk növbədə Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.
Telefon danışığında həmçinin ikitərəfli əlaqələrə də toxunulub.