Tərəflər Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
AYNA “Huriyyet”ə istinadən xəbər verir ki, iki ölkənin liderləri bölgədəki durumu, o cümlədən Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı R.T.Ərdoğan və A.Merkel iki ölkə arasındakı əlaqələrə dair fikir mübadiləsi aparıblar.