Ərdoğandan hərbi əməliyyat anonsu: "Başlamağımız an məsələsidir"

Dünya

19.02.2020 - 14:38

Həkimlər Klinikalar SEO Xidməti

"Türkiyə İdlib mövzusunda öz hərəkat planının tətbiq üçün hər cür hazırlığını görüb"

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərinə istiqamətlənmiş hərbi əməliyyatın siqnalını verib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında danışan Ərdoğan, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh şeçməsi” əməliyyatlarından öncə işlətdiyi "Bir gecə qəflətən gələ bilərik" mesajı ilə İdlib hərəkatının an məsələsi olduğunu söyləyib. O, Suriya hərbi qüvvələrinin hücumları nəticəsində TSQ-nin 13 şəhid verdiyi İdlibə hərbi əməliyyatın yaxınlaşdığını bildirib.

 

Müxalifətin nəzarəti altında olan İdlibdəki böhranla əlaqədar Türkiyə və Rusiya nümayəndə heyətlərinin Moskvadakı görüşünün nəticəsiz qaldığı vaxt Ərdoğan, "son xəbərdarlıqlarımızı edirik" deyərək bunları diqqətə çatdırıb: “Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Masada istədiyimiz yerdən çox uzaqda qaldığımız bir həqiqətdir. Türkiyə İdlib mövzusunda öz hərəkat planının tətbiqi üçün hər cür hazırlığını görüb. Bir gecə anidən gələ bilərik. Daha dəqiq desək, İdlib əməliyyatı an məsələsidir”.

Qeyd edək ki, İdlibdə yaşanan gərginliyi azaltmaq məqsədilə dünən Moskvada Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü baş tutub. İki saat davam edən görüş nəticəsiz bitib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş