Ərdoğana qarşı sui-qəsddə iştirak edənlər tapılacaq

Dünya

15.05.2024 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Nazir araşdırmanın nəticələri ilə bağlı hesabatı tezliklə dərc edəcəyinə söz verib

Türkiyə Daxili İşlər Nazirliyi ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsddə iştirak edən hər kəsi harada olur-olsun tapacağını açıqlayıb. AYNA xəbər verir ki, müvafiq bəyanatı daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında dərc edib.

“Əgər hər hansı qurumun daxilində Prezidentimizə, hökumətimizə və siyasətçilərimizə qarşı yönəlmiş qrup varsa, biz sona qədər gedib bu strukturları müəyyənləşdirib məsuliyyətə cəlb edəcəyik”, - Yerlikaya vurğulayıb.

Nazir araşdırmanın nəticələri ilə bağlı hesabatı tezliklə dərc edəcəyinə söz verib.

Qeyd edək ki, mayın 15-də Ankara Prokurorluğu ölkədə cinayətkar kimi tanınan Ayhan Bora Kaplan təşkilatına üzv olmaqda şübhəli bilinən türk təhlükəsizlik məmurlarının həbs dalğasından sonra hakimiyyəti devirmək üçün mümkün sui-qəsdlə bağlı araşdırmalara başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş