Türkiyə Prezidenti zəlzələdən zərər görənlərə baş çəkib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan şəxslərə baş çəkib.
AYNA Türkiyə mediasına istinadən bildirir ki, Prezident Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında olub.
Onu xanımı Əminə Ərdoğan müşaiyət edib.
Prezident əsrin fəlakəti nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib, yaralılara isə tezliklə şəfa arzulayıb.