Ərdoğan: "Türkiyəyə xidmət göstərməyə davam edəcəyik"

Dünya

03.06.2023 - 19:35

Türkiyə Prezidentinin andiçmə mərasimi keçirilib

Sizləri bu tarixi mərasimimiz münasibəti ilə bu məkanda qəbul etməkdən böyük bir məmnuniyyət duyuram. Mərasimə qatılmağınızla əlaqədar hər birinizə ayrı-ayrı ayrı təşəkkür edirəm.

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib.

Rəcəb Tayyib Ərdoğan seçkidə iştirak etdiyi üçün türk millətinin hər bir fərdinə təşəkkür edib: “Səs verməyə qatılan millətimin hər bir fərdinə təşəkkürümü çatdırıram. Xaricdən növbədə duraraq səs verən hər bir vətəndaşımıza, Türkiyədə zəlzələ bölgəsində səs verən, səslərinə sahib çıxan hər bir fərdimizə təşəkkür edirəm”.

Seçkidə qələbə münasibəti ilə onu təbrik edən hər bir dövlət və hökumət başsçısına təşəkkürünü çatdıran Türkiyə Prezidenti qeyd edib ki, Türkiyəyə qarşı böyük sevginin qarşılığını ən gözəl şəkildə verməyə çalışacaq. O, bəzi dairələrin, KİV-lərin Türkiyədə seçkidə millətin iradəsinə təsir etməyə çalışdığını da unutmayacaqlarını vurğulayıb: “Türkiyə tarixinin ən önəmli seçimlərinin birini arxada qoydu. Türkiyəyə, Türk xalqına daha 5 il xidmət etmək şərəfinə nail olduq. Bunun könül coğrafiyamız, xalqımız üçün xeyirli olmasını arzulayıram. Türkiyə üçün əsər yaratmağa və xidmət göstərməyə davam edəcəyik. 85 milyonun hər birinə xidmət edəcəyik. İndiyə qədər xidmət göstərərkən heç kimin səsinin rənginə, dininə baxmadıq. Hər kəsi qucaqlamaq anlayışı ilə hərəkət edirik”.

Müəllif: Ayna.az