Ərdoğan söz verdi: “Türkiyədə sahibsiz heyvanlar problemini həll edəcəyik”

Dünya

11.12.2023 - 11:25

“Tunahan Yılmazın ağır xəsarətləri Türkiyədə hər kəsin ürəyini parçaladı”

“Türkiyə hakimiyyəti ölkənin inancını və mədəniyyətini nəzərə alaraq sahibsiz heyvanlar problemini mütləq həll edəcək”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti ölkə vətəndaşlarının sahibsiz heyvanlarla bağlı şikayətlərindən xəbərdardır və onların vəzifəsi sahibsiz itlərdən zərər çəkən Türkiyə vətəndaşlarını qorumaqdır.

“Ankarada boş ərazidə sahibsiz itlərin hücumuna məruz qalan 4-cü sinif şagirdi Tunahan Yılmazın ağır xəsarətləri Türkiyədə hər kəsin ürəyini parçaladı”, - deyə Edroğan əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Ankaranın Keçiören rayonunda 4-cü sinif şagirdi Tunahan Yılmaz sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə nəticəsində uşaq ağır bədən xəsarətləri alıb. Hazırda Yılmazın xəstəxananın uşaq reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Müəllif: Ayna.az