Görüşün G20 sammiti çərçivəsində baş tutacağı deyilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Cozef Bayden arasında görüş keçiriləcək.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın CNN Türk-ə müsahibəsində bildirib.
Görüşün noyabrın 15-16-da İndoneziyada təşkil olunacaq G20 sammiti çərçivəsində baş tutacağı deyilir.
"Onların təkbətək görüşü olacaq. Bundan əvvəl Prezidentimiz demişdi ki, böhranı liderlik diplomatiyasının köməyi ilə həll etmək olar", - Kalın deyib.