Ərdoğan ABŞ-a səfər edəcək: Baydenlə görüşəcək

Dünya

29.03.2024 - 15:29

Türkiyə Prezidentinin ABŞ-a səfəri mayın 9-da baş tutacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a səfər edəcək və amerikalı həmkarı Co Baydenlə görüşəcək. AYNA xəbər verir ki, “Reuters” bu barədə Türkiyə təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Bundan başqa, Türkiyənin kəşfiyyat agentliyi MİT-in rəhbəri İbrahim Kalın cümə günü ABŞ Nümayəndələr Palatasının üzvləri ilə Ərdoğanın planlaşdırılan səfərini və digər ikitərəfli məsələləri müzakirə etmək üçün görüşəcək”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, bu səfər Ərdoğanın Baydenin Prezident olduğu dövrdə ABŞ-a ilk səfəri olacaq.

Müəllif: Ayna.az