Əli Əsədov Misirdə Heydər Əliyevin xatirəsini yad edib

Xəbərlər

20.12.2024 - 01:06

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Misir-Azərbaycan Dostluq Parkında olub

Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında olub.

Nazirlər Kabinetindən AYNA-ya verilən xəbərə görə, Əli Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub.

Baş nazir, xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Əli Əsədov Misirdə Heydər Əliyevin xatirəsini yad edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş