Əlcəzairdə yol qəzasında 6 nəfər ölüb

Dünya

12.08.2023 - 04:30

cedabet dərman SEO Xidməti

Əlcəzairdə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Əlcəzairin şimalındakı Celfa əyalətində yük maşını ilə avtobusun toqquşması sonucunda 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə Əlcəzairin Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Məlumata görə, qəza Ayn-Usera şəhəri yaxınlığında baş verib. Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş