Ekvadorda helikopter qəzaya uğrayıb, 8 nəfər ölüb

Dünya

27.04.2024 - 12:19

Ekvadorun Pastasa əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

AYNA-nın məlumatına görə, bu barədə Ekvadorun Silahlı Qüvvələri “X”də xəbər yayıb.

"Ekvador Ordusu ictimaiyyətə təəssüflə xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin meyitlərinin aşkar edildiyini bildirir", - açıqlama vurğulanır.

Qeyd olunur ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırmış.

Hərbçilər qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradıblar.

Müəllif: Ayna.az