Dünyada koronavirusa yoluxanların sayı 40 milyonu ötüb

Dünya

18.10.2020 - 20:14

Ötən sutka ərzində 5 min 567 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib

 

Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 40 milyon nəfəri ötüb. AYNA xarici mediaya istinadən bildirir ki, oktyabrın 17-də dünya üzrə 372 min 552 nəfər, oktyabrın 16-da isə rekord sayda – 413 min 175 nəfər koronavirus infeksiyasına yoluxub. Ötən sutka ərzində 5 min 567 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib.

 

Beləliklə, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 40 milyon 55 min 705 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 115 min 898 nəfərə çatıb. Eyni zamanda, 29 milyon 951 min 723 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 8 milyon 988 min 84 xəstədən 71 min 987 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş