Dünyada koronavirusa yoluxanların sayı 111 milyonu keçib

Dünya

20.02.2021 - 01:19

Yoluxma sayına görə ABŞ birinci yerdədir 

 

Dünyada koronavirusa yoluxanların sayı 111 milyonu ötüb.

 

AYNA “Worldometers”ə istinadən xəbər verir ki, hazırda bu rəqəm 111 milyon 2 min 900-ə çatıb.

 

ABŞ 28 milyon 529 min 5 yoluxma faktı ilə birincidir. Yoluxma sayında bu ölkəni 10 milyon 969 min 230 ilə Hindistan, 10 milyon 30 min 626 ilə Braziliya, 4 milyon 139 min 31 ilə Rusiya, 4 milyon 95 min 269 ilə İngiltərə, 3 milyon 536 min 648 ilə Fransa, 3 milyon 121 min 687 ilə İspaniya, 2 milyon 780 min 882 ilə İtaliya, 2 milyon 616 min 600 ilə Türkiyə, 2 milyon 373 min 95 ilə Almaniya, 2 milyon 212 min 525 ilə Kolumbiya, 2 milyon 46 min 795 ilə Argentina, 2 milyon 22 min 662 ilə Meksika, 1 milyon 603 bin 218 ilə Polşa, 1 milyon 558 min 159 ilə İran, 1 milyon 498 min 766 ilə CAR, 1 milyon 293 min 672 ilə Ukrayna, 1 milyon 263 min 299 ilə İndoneziya, 1 milyon 261 min 804 ilə Peru, 1 milyon 134 min 957 ilə Çexiya ve 1 milyon 47 min 400 ilə Niderland izləyir.

 

Dünya üzrə 2 milyon 456 min 217 nəfər pandemiyanın qurbanı olub. 85 milyon 921 min 358 nəfər virusa qalib gəlməyi bacarıb. 22 milyon 741 min 402 koronavirus xəstəsinin müalicəsi davam edir.

Müəllif: Ayna.az