Dünyada COVID-19-a yoluxanların sayı 27 milyon nəfəri ötüb

Dünya

06.09.2020 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə 883 min 740 ölüm faktı qeydə alınıb

 

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 27 milyon nəfəri ötüb. AYNA xarici mətbuata istinadən bildirir ki, pandemiyanın statistikasını aparan “Worldometer” saytının məlumatına görə, sentyabrın 5-də dünyada 269 min 378 nəfər koronavirus infeksiyasına yoluxub, 4822 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

 

İndiyədək dünyada koronavirus infeksiyasına 27 milyon 62 min 744 yoluxma və 883 min 740 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 19 milyon 162 min 697 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 16 min 307 xəstədən 60 min 720 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş