Dünya bazarında neftin qiyməti dəyişib

Xəbərlər

01.04.2021 - 11:39

“Azeri Light”ın bir barrelinin qiyməti 64,25 dollar təşkil edib

 

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar ucuzlaşaraq 63,54 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,84 dollar bahalaşaraq 60 dollar olub.

 

Azərbaycan neftinin qiyməti bahalaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar artaraq 64,25 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az