AXCP fəalı həbsdən azad edilib

Xəbərlər

29.08.2019 - 13:11

O, cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıb

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Seymur Həzi həbsdən azad edilib. AYNA xəbər verir ki, bu barədə onun qayınatası Müsavat fəalı Tofiq Yaqublu xəbər paylaşıb.

 

Onun bildirdiyinə görə, S.Həzi bu gün səhər saat 7 radələrində cəzaçəkmə müəssisəsindən buraxılıb. Həbsdən azad edilmə cəza müddəti başa çatdığı üçün baş tutub.

 

Qeyd edək ki, S. Həzi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 2014-cü il avqustun 30-da 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Müəllif: Ayna.az