Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara müraciət edib

Xəbərlər

18.08.2021 - 11:39

Elektron poçt ünvanına məktubla müraciət edə bilərsiniz

 

Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara müraciət edib. Bu barədə AYNA-ya Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Xidmətindən bildirilib.

 

Müraciətdə deyir: “Xidmət keyfiyyətini artırmaq və operativliyi təmin etmək üçün sosial sığorta və fərdi uçot, o cümlədən sosial sığorta ödəmələri ilə bağlı (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; müavinət, hamiləlik və doğuma görə müavinət; 3 yaşınadək uşağa qulluğa görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; dəfn üçün müavinət) suallarınız olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialının (012) 562-20-11 "Çağrı Mərkəzi" ilə əlaqə saxlaya bilərsiniz və yaxud filialın [email protected] elektron poçt ünvanına məktubla müraciət edə bilərsiniz.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş