İtkin düşən pilotun fotosu yayılıb

Hadisə

25.07.2019 - 15:18

O, polkovnik-leytenant Rəşad Atakişiyevdir

 

Xəbər verdiyimiz kimi, iyulun 24-ü gecə Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" təyyarəsi Xəzər dənizinə düşüb. Nəticədə onun pilotu itkin düşüb.

 

Həmin pilot sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin kürəkəni, polkovnik-leytenant Rəşad Atakişiyevdir. Azvision.az saytı Atakişiyevin şəklini əldə edərək, paylaşıb.

Ayna.az