Dövlət Komitəsi qohum evliliyinə qarşı

Cəmiyyət

11.06.2024 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Gündüz İsmayılov: “İnsanlar bilməlidirlər ki, İslam dinində buna icazə verilsə də, bu, dinin əmri deyil”

“Əgər tibb və elm qohum evliliklərini sağlamlıq nöqteyi-nəzərdə qəbul etmirsə, dinin yanaşması da insandan yana olduğu üçün biz də qohum evliliyini xoş qarşılamırıq”.

AYNA APA-ya istinadən xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, İslam dinində buna icazə verilsə də, xristian ölkələrində yaxın qohum evlilikləri xoş qarşılanmır: “İnsanlar bilməlidirlər ki, İslam dinində buna icazə verilsə də, bu, dinin əmri deyil. Dinin adından sui-istifadə edilməməlidir. Buna görə də hesab edirəm ki, yaxın qohumların evliliyinin qanunla qadağan edilməsi insan haqları baxımından ciddi narazılıq yaratmayacaq”.

“Burada müzakirə zamanı deyildi ki, əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilir. Bu məsələ çəkən olanda mən hər zaman bir qədər də zarafatla deyirəm ki, yer ayrı, göy ayrı. Yerin işinə göyün işini qatmayaq. Mən özüm də qohum evliliklərinə qarşıyam”, - deyə o qeyd edib.

Müəllif: Ayna.az