Dörd rusiyalı diplomat Avstriyada arzuolunmaz şəxs elan edilib

Dünya

02.02.2023 - 16:41

Diplomatların fevralın 8-dək ölkəni tərk etməli olduqlarını bildirilib

Avstriyada akkreditə olunan dörd rusiyalı diplomat arzuolunmaz şəxs elan edilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, onlar “diplomat statusu ilə bir araya sığmayan fəaliyyətə görə “persona non grata” elan olunublar”.

Diplomatların fevralın 8-dək ölkəni tərk etməli olduqlarını bildirilib.

Müəllif: Ayna.az