Doktorantların etirazı müsbət həllini tapıb

Cəmiyyət

31.01.2022 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balı azaldılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 28 yanvar 2022-ci il tarixli iclasında xarici dil üzrə fəlsəfə doktoru imtahanının keçid balı azaldılıb. Bu barədə AYNA-ya Komissiyadan məlumat verilib. Bildirilib ki, məsələ müzakirə edilib və keçid balının azaldılaraq 30 bal səviyyəsində müəyyən edilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, bir qrup doktorant xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid (minimum) balının yüksək olması ilə əlaqədar müraciət edib. Müraciətdə bildirilib ki, xarici dil üzrə fəlsəfə doktoru imtahanı “minimum” imtahan kimi qəbul edildiyi təqdirdə Azərbaycanda təhsil alan doktorant və dissertantlardan minimum 70% (35/50) müvəffəqiyyət göstəricisinə malik olan imtahan nəticəsi tələb edilir. Bu da keçid balının “minimum” imtahanının şərti adına zidd olması ilə yanaşı, ölkədə təhsil alan doktorant və dissertantların dissertasiya işlərini müdafiə etmələrinə əngəl yaradır. Həmçinin vurğulanıb ki, bu səbəbdən 14.02.2021-ci ildə xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 195 nəfər doktorant və dissertantdan 147 nəfər, 20.06.2021-ci ildə xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 244 nəfər doktorant və dissertantdan 203 nəfər, 19.12.2021-ci ildə həyata keçirilmiş xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 316 nəfər doktorant və dissertantdan isə 248 nəfəri dissertasiya müdafiəsinə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş