Dneprdə çoxmərtəbəli binaya raket düşüb: 19 nəfər ölüb, 73 nəfər yaralanıb

Dünya

15.01.2023 - 13:27

Həkimlər Klinikalar SEO Xidməti

Bu gündən etibarən Dneprdə həlak olanlar üçün üç günlük matəm elan edilib

Yanvarın 14-də Rusiyanın Ukraynaya atdığı raket Dneprdə çoxmərtəbəli binaya düşüb. AYNA UNİAN-a istinadən bildirir ki, binanın bloklarından biri uçub, insanlar dağıntılar altında qalıb.

Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirilo Timoşenko məlumat verib ki, azı 20 mülki şəxs həlak olub. Uşaqlar da daxil olmaqla 73 nəfər yaralanıb.

Yanvarın 15-dən etibarən Dneprdə həlak olanlar üçün üç günlük matəm elan edilib.

Yanvarın 15-i səhər saatlarına olan məlumata görə, Rusiya raketinin Dneprdə binaya düşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşukun sözlərinə görə, ölənlər arasında uşaq da var.

 “19 nəfər ölüb, onlardan 1-i uşaqdır. 73 nəfər yaralanıb, onlardan 14-ü uşaqdır. 38 nəfər xilas edilib, 37 nəfər itkin düşüb, hazırda axtarılırlar”, - Lukaşuk Rusiya terror aktının nəticələrindən danışarkən deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş