Məhz Davudoğlunun bu çıxışından sonra partiyanın sosial media hesabından digər partiyalara “söz” atılıb
Türkiyənin keçmiş Baş Naziri Əhməd Davudoğlunun yaratdığı Gələcək Partiyasının (GP) rəsmi sosial media hesabından digər partiyalara mesaj göndərilib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən paylaşım Davudoğlunun çxışından sonra edilib.
Partiyanın qurulması üçün dünən Daxili İşlər Nazirliyinə müraciət edən Davudoğlu bu gün Ankarada “Bilkent” otelində ilk tanışlıq iclasını keçirib.
GP-nin sədri olaraq ilk çıxışını edən keçmiş hökumət başçısının iddialı çıxışı diqqətləri özünə cəlb edib: “Dostlarımızla birgə tarixin və millətimizin qarşısındayıq. Bütün təzyiqlərə və qorxu atmosferinə rəğmən, ölkəmizin firavan gələcəyi üçün bir yerdə olacağıq”.
Məhz Davudoğlunun bu çıxışından sonra partiyanın sosial media hesabından digər partiyalara “söz” atılıb. Belə ki, AKP, CHP, İP, MHP, HDP və SP-nin sosial media hesabları tağ olunaraq, günəş eynəyi ilə gülümsəyən smayliklər paylaşılıb.