Daha bir ölkə İranla sərhəd-keçid məntəqələrini bağladı

Dünya

08.03.2020 - 15:45

Həkimlər Klinikalar SEO Xidməti

İranda koronavirusa yoluxanların sayı sürətlə artır

 

İraq hökuməti koronavirusun yayılması səbəbindən İranla sərhəddə beş keçid məntəqəsini bağlayıb.

 

AYNA-nın məlumatına görə, bu barədə “Al-Sumaria” telekanalı Sərhəd-Keçid Məntəqələri İdarəsinin rəhbəri Kazım əl-Əkəbiyə istinadən xəbər verib.

 

Əl-Əkəbiyə qeyd edib ki, sərhəd məntəqələri bazar günündən etibarən bir həftə müddətinə bağlanıb.

 

Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş