Səhiyyə naziri ilk Covid-19 faktının qeydə alındığnı təsdiqləyib
Çində koronavirusdan ölənlərin sayı artıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə Covid-19 virusundan ölənlərin sayı 3 min 198-ə, yoluxanların sayı isə 93 min 158 nəfərə yüksəlib. 50 min 690 xəstə isə müalicə alaraq sağalıb.
Təhlükəli virus Çinlə yanaşı digər ölkələrə də yayılmaqda davam edir. Artıq İtaliyada virusa yoluxanların sayı 2502 nəfərə çatıb ki, onlardan da 79-u dünyasını dəyişib.
İranda da koronavirusdan ölənlərin sayı artıb. Belə ki, İslam Respublikasında 2336 nəfər virusa yolxub ki, artıq onlardan 77-si həyatı ilə vidaaşmalı olub.
Bundan əlavə, virus Mərkəzi Avropada da yayılmaqda davam edir. Almaniyada 203 insan virusa yoluxma şübhəsi ilə müşahidə atına alınsa da, dünyasını dəyişən olmayıb. 212 adamın virusa yoluxduğu Fransada isə 4 xəstə dünyasını dəyişib. İspaniyada isə virusa yoluxanların sayı 165 nəfərdir ki, onlardan 1-i xəstəliyə qalib gələ bilməyib.
Bundan başqa, virus daha bir Avropa ölkəsində qeydə alınıb. Belə ki, Polşanın Səhiyyə naziri Lukasz Szumowski ölkədə ilk koronavirusa yoluxma faktının qeydə alındığnı təsdiqləyib.