Fransızca danışan şəxs əlindəki faktlarla iddiasını sübut etməyə çalışır
Gündəmdə koronavirusla mübarizə ilə yanaşı, Covid-19 müəllifləri ilə bağlı mövzular, mübahisələr davam edir. Covid-19 hansı ölkənin icadıdır? Sosial mediada belə mübahisələrdən biri Fransanın Luis Pasteur adına Tədqiqat İnstitutunun alimləri ilə bağlıdır.
AYNA xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkədə bir istifadəçinin yaydığı video məlumata görə, adı çəkilən tədqiqat institutunun alimləri vaxtilə Covid-19 yaradıblar.
Video 20 dəqiqə davam edir və videoda fransızca danışan şəxs əlindəki faktlarla iddiasını sübut etməyə çalışır.
“Bu virus 2004-cü ildə fransız alimləri tərəfindən yaradılıb. Məqsəd isə bu virusu yaydıqdan sonra onun vaksinini satmaqdır”, - deyə iddiaçı bildirir.
“EP 1694 829 B1” adlı patent sənədi əlində kameraya göstərən şəxs institutu tənqid etməkdə davam edib.
Sosial mediada qısa müddətdə yayılan videonun ardınca, İnstitutun direktorunun təkzibi yayılıb. İnstitutun virisoloqu, professor Olivier Sçvartz iddiaları rədd edib.
“Biz dünyanı təhlükə altına alan koronavirusla mübarizə, onun peyvəndinin tapılması, virusu araşdırmaq üçün günlərdir əlləşirik. Tezliklə virusun vaksinin tapılmasını diləyirik”, - deyə professor bəyan edib.