COVID-19 bu heyvandan yayılıbmış - <font color=red> İDDİA</font>

Dünya

20.05.2020 - 17:48

cedabet Klinikalar SEO Xidməti

Niderlanddan COVİD-19-la bağlı maraqlı açıqlama gəlib

 

Yeni növ koronavirusun necə ortaya çıxdığı və insanlar arasında necə yayıldığı ilə bağlı bir çox nəzəriyyələr olmasına baxmayaraq, Niderlanddan COVİD-19-la bağlı maraqlı açıqlama gəlib.

 

Niderland hökumətinin verdiyi açıqlamaya görə, ölkədəki Mink fermasında COVİD-19-a rast gəlinib: “Tədqiqatlar nəticəsində mink fermalarında COVID-19 aşkarlanıb. Düşünürük ki, infeksiya insanlara minklərdən keçib. Lakin maraqlısı odur ki, müayinələr nəticəsində minklərdə koronavirus simptomlarına rast gəlinməyib və xəstəliyi simptomsuz daşıdıqları məlum olub”.

 

Qeyd edək ki, xordalılar ailəsindən olan minklər xüsusilə, Avropada xəzləri üçün yetişdirilən bir növdür. Fərqli növlərə sahib olan minklərin boyları 30 santimetrdən, 50 santimetrə qədərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş