Çindən koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlir

Dünya

25.03.2020 - 14:49

cedabet dərman SEO Xidməti

Rəsmi Pekin tezliklə təcrik rejiminin aradan qaldırılacağını bəyan etsə də, bəzi mənbələr problemin hələ də aktuallığını saxladığını bildirir

 

Covid-19 Çindən dünyaya yayıldı, amma Çindən gələn son xəbərlər ölkədə virusla bağlı təhlükəli vəziyyətin artıq aradan qaldırıldığından bəhs edir. Hətta aprelin 6-da Çində fövqəladə vəziyyət ləğv olunacağı, tezliklə insanların təcrid vəziyyətindən çıxacağı və qadağaları aradan qaldırılacağı bildirilir.

 

AYNA xəbər verir ki, mərkəzi Nyu-Yorkda yerləşən “Vice News” saytı rəsmi Pekinin “hər şey yaxşıdır” açıqlamalarının doğru olmadığı iddiasını irəli sürüb. İnternet saytının araşdırmalarına görə, koronavirusun mənbəyi olan Vuhanda hələ də yoluxma halları olur.

 

“Çin isə yoluxma hallarının xaricdən gələn insanlarda qeydı alındığı bəyan edir. Vuhandan olan insanlarla söhbətləşən əməkdaşlarımız bildiriblər ki, çinlilər vəziyyətin heç də düzəldiyini demirlər. Yoluxmalarla bağlı məlumatları beynəlxalq təşkilatlar yayır, amma rəsmi Çin təkzib edir”, - sayt yazır.

 

Qeyd edək ki, hazırda dünyada 423 min insanda koronavirusa yoluxma qeydə alınıb, 19 minə yaxın insan virusdan ölüb. Bu günə qədər virusdan ən çox ölüm faktı İtaliyada olub - 6820 nəfər. Çində 3281 nəfər, İspaniyada isə 3 minə yaxın insan Covid-19-dan vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş