Çində son sutkada 21 nəfərdə koronavirus aşkarlanıb

Dünya

26.11.2020 - 09:26

Ölkədə 306 aktiv koronavirus xəstəsi var 

 

Çində son sutka ərzində daha 21 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 490-a çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 550 xəstə sağalıb.

 

Ölkədə 306 aktiv koronavirus xəstəsi var ki, onlardan da 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az