Partlayış zamanı iki nəfər xəsarət alıb
Çinin cənubundakı Çjuxay (Quandun əyaləti) şəhərində partlayış olub.
AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilir ki, hadisə yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00-da) otelin yaxınlığında baş verib. Partlayış zamanı iki nəfər xəsarət alıb. Hələlik ölənlərin olub-olmaması barədə də məlumat yoxdur.
Əraziyə yanğınsöndürənlər gəlib, axtarış-xilasetmə işləri aparılır. Hadisənin təfərrüatları açıqlanmır.