Ölkədə 240 aktiv koronavirus xəstəsi var
Çində son sutka ərzində daha 11 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 622-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.
Ümumilikdə 80 748 xəstə sağalıb. Ölkədə 240 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.