Ölkədə 206 aktiv koronavirus xəstəsi var
Çində son sutka ərzində daha 21 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 521-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.
Ümumilikdə 80 681 xəstə sağalıb. Ölkədə 206 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.