Çində fabrikdə yanğın zamanı azı 36 nəfər ölüb

Dünya

22.11.2022 - 08:24

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində iki nəfərin itkin düşdüyü bildirilir

Çinin Henan əyalətində fabrikdə baş verən güclü yanğın zamanı azı 36 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə Anyang şəhərində qeydə alınıb. Yanğın zamanı həmçinin iki nəfərin yaralandığı, daha iki nəfərin itkin düşdüyü bildirilir.

Yanğının başvermə səbəbi açıqlanmır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş