Çin Ukraynadakı böhrana son qoymağın yolunu açıqlayıb

Dünya

25.07.2024 - 11:09

Həkimlər Klinikalar SEO Xidməti

“Ukrayna münaqişəsində günahı başqasına atmaqla və odun üstünə yağ tökməklə sona çatdırmaq mümkün deyil”

Avropada yeni dayanıqlı təhlükəsizlik sisteminin formalaşdırılması Ukrayna böhranına son qoymağın yeganə yoludur. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Penqyu deyib.

Diplomatın sözlərinə görə, Çin hakimiyyəti dəfələrlə vurğulayıb ki, Ukrayna münaqişəsində günahı başqasına atmaqla və odun üstünə yağ tökməklə sona çatdırmaq mümkün deyil.

"Yeganə çıxış yolu bütün tərəflərin qanuni təhlükəsizlik maraqlarına hörmət etməkdir", diplomatik nümayəndəliyin nümayəndəsi vurğulayıb.

Bir müddət əvvəl ukraynalı iqtisadçı Aleksey Kuşç Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Çinə səfərini şərh edib. Ekspertin fikrincə, bu, Rusiya ilə danışıqlar üçün “imkanlar pəncərəsi”nin yaranmasından xəbər verir. Çünki Çin və Hindistanın vasitəçiliyi olmadan uzunmüddətli sülhə nail olmaq mümkün deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş