Çin müharibəyə hazırdır: Müdafiə Nazirliyi məlumat yaydı

Dünya

25.01.2024 - 15:13

cedabet dərman SEO Xidməti

“Pekin qarşısına milli suverenliyi və ərazi bütövlüyünü qorumaq vəzifəsi qoyub”

“Çin Xalq Azadlıq Ordusu müharibəyə hazırdır və Tayvan ətrafında müntəzəm patrul əməliyyatları keçirəcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan bildirib. Müvafiq bəyanat Müdafiə Nazirliyinin saytında dərc olunub.

“Bu yaxınlarda Çin Xalq Azadlıq Ordusunun Şərq Teatr Komandanlığı qoşunların faktiki döyüş hazırlığının daha da yaxşılaşdırılması məqsədilə Tayvan adasının ətrafındakı dəniz və hava məkanında dəniz və hava qüvvələri ilə müntəzəm birgə döyüş hazırlığını yoxlayıb”, Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Vu Qian əlavə edib ki, Pekin qarşısına milli suverenliyi və ərazi bütövlüyünü qorumaq vəzifəsi qoyub.

Qeyd edək ki, Tayvan Çinə qarşı çıxmaq üçün adanın cənubuna hava hücumundan müdafiə sistemləri yerləşdirib. Qərar Pekinin havada fəallığının artması ilə əlaqədar qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş