Keçmiş Baş Nazir: “Pekin koronavirusla bağlı məlumatları gizlədib”
İtaliyanın keçmiş Baş Naziri və ana müxalifət lideri Matteo Salvini Çini koronavirus pandemiyasını gizlətməkdə ittiham edib. AYNA xəbər verir ki, Salvini bu barədə sosial media hesabında məlumat verib.
“Çin 3 həftə sonra Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla bağlı məlumat verib və əsas məlumatları gizlədib. Çin bununla da beynəlxalq cinayətə imza atıb. Çinin İtaliyaya verdiyi yardım isə sadəcə tənqidləri yayındırmaqdan ibarətdir”, - sabiq hökumət başçısı bildirib.
Qeyd edək ki, artıq İtaliyada pandemiyadan 8215 adam dünyasını dəyişib.