Ceyranbatan yaxınlığındakı yanğın söndürülüb

Hadisə

14.06.2020 - 18:38

Həkimlər Klinikalar SEO Xidməti

Kol-kos sahəsində baş vermiş yanğının qarşısı FHN-nin qüvvələri tərəfindən alınıb

 

Ceyranbatan su anbarının yaxınlığında yanğın söndürülüb. AYNA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın FHN-nin qüvvələri tərəfindən söndürülüb.

 

Qeyd edək ki, bu gün Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanmağa başlayıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş