Almaniyada daha bir azərbaycanlı intihara cəhd edib

Hadisə

15.08.2019 - 01:54

İki azyaşlı uşağı var

 

Almaniyada qaçqın statusu üçün müraciət etmiş, Ibbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə Italiyaya getməkdən imtina edən daha bir həmvətənimiz özünü doğrayıb. AYNA azlegat.com-a istinadən xəbər verir ki, hər iki qolunu doğrayan Hüseyn adlı şəxs 2 ay əvvəl İtaliya vizası ilə Almaniyaya gəlib. Bu gün polislər onu məcburi qaydada İtaliyaya deport etmək istədikləri zaman özünü dögrayıb.

 

Qeyd edək ki, Hüseyn Kəlbəcər rayonunda anadan olub, evlidir, 8 və 1 yaşlarında iki azyaşlı uşağı var. O, təcili yardımla xəstəxanaya çatdırılıb.

Müəllif: Ayna.az