İki rayonda yanğın olub

Hadisə

12.11.2019 - 14:56

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Göyçay rayonunun Çərəkə kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 250 m² olan ikimərtəbəli 4 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində də yanğın olub. Həyətyanı sahədə 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az