Çexiyada 12 nəfər qripdən öldü

Dünya

01.02.2020 - 05:12

Həkimlər Klinikalar SEO Xidməti

"Ötən həftə ilə müqayisədə virusa yoluxanların sayı birə-üç artıb”

 

Çexiyada 12 nəfər qripdən dünyasını dəyişib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, respublikanın Gigiyena Xidmətinin rəhbəri Eva Qottvaldova jurnalistlərə açıqlamasında ölkədə hər 100 min nəfərdən 1865-də xəstəlik aşkarlandığını bildirib:

 

“Dövlət Səhiyyə İnstitutunun məlumatlarına görə, qrip epidemiyası respublikanın bütün ərazisinə yayılıb. Əsasən A tipli qrip virusuna rast gəlinir. Xəstələnənlər arasında yaşlılar və uşaqlar da var. Qrip səbəbindən artıq 12 nəfər dünyasını dəyişib. Ötən həftə ilə müqayisədə virusa yoluxanların sayı birə-üç artıb”.

 

Qottvaldova qrip olan vətəndaşlardan evdən çölə çıxmamağı və digər insanlara da yoluxdurmamağı xahiş edib.

 

Epidemiya səbəbindən ölkədə bir çox xəstəxanalarda xəstə ziyarətləri qadağan olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş