Çexiya ukraynalı qaçqınlar üçün viza müddətini uzadıb

Dünya

12.01.2023 - 12:20

Həkimlər Klinikalar SEO Xidməti

Viza müddəti 2024-cü ilin mart ayınln sonunadək uzadılıb

Çexiya Parlamentinin hər iki palatasının üzvləri Ukraynadan olan qaçqınlar üçün vizaların daha bir il, 2024-cü ilin mart ayının sonuna qədər uzadılması barədə qərar qəbul ediblər. AYNA xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.

“Ukraynalı qaçqınlar üçün vizaların bir il müddətinə, 2024-cü ilin mart ayının sonuna qədər uzadılmasının lehinə iclasda iştirak edən 62 deputatdan 57-si səs verdi”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu vizalar qaçqınlara sosial və tibbi sığorta, yerli universitetlərdə təhsil almaq, ölkənin firma və müəssisələrində işləmək hüququ verir.

Bundan əvvəl Çexiya Prezidenti Miloş Zeman Kiyevə yardımın göstərilməsini tam dəstəklədiyini bildirib. O, həmçinin Rusiyanın azad ölkələrin təzyiqi altında gec-tez Ukrayna ərazisini tərk etməyə məcbur olacağı fikrini də ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş