Çexiya normal həyata qayıdır: Bir pivə alana biri pulsuz olacaq

Dünya

25.05.2020 - 15:11

“Pilsner Urqell” açılışı qeyd etmək üçün reklam kampaniyası elan edib

 

Çexiyada koronavirus səbəbindən həftələrdir bağlı olan kafe, bar və restoranlar bu gündən etibarən açılır. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, müştərilər üçün endirim kampaniyası da təşkil olunub.

 

Belə ki, ölkənin ən böyük pivə istehsalçısı olan “Pilsner Urqell” açılışı qeyd etmək üçün reklam kampaniyası elan edib. “Pilsner Urqell” məhsulu olan pivələri satan bütün məkanlara göstəriş verilib ki, bir pivə alana ikincisi pulsuz verilsin. 

Müəllif: Ayna.az